news Image
2012.05.07
12:09
| A A A
Sağlam bədəndə, sağlam ruh olar!

"Azərbaycan cəmiyyətində mövcud olan "Sağlam bədəndə, sağlam ruh olar! deyimi insanlarımızın idmana meyillilik dərəcəsinin göstəricisidir. Ümummilli lider Heydər Əliyevin "Azərbaycanın ən yaxşı tanıtımı vasitəsi idmandır" kəlamları da dövlətimiz səviyyəsində idmana verilən dəyərin bariz nümunəsidir." - bu sözləri Movqe.az saytına "Gənclərin Töhfəsi" İctimai Birliyinin sözçüsü bildirib.

Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2005-ci il 10 oktyabr tarixli 1038 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramı (2005-2015-ci illər) təsdiq edilib.

22 aprel 2012-ci ildə Nərimanov rayon Gənclər və İdman İdarəsi, "Gənclərin Töhfəsi" İctimai Birliyi və "Kreativ Gənclər" İctimai Birliyinin birgə təşkilatçılığı dövlət proqramı və "İdman ili" çərçivəsində "QHT-lər arasında mini futbol turniri üzrə Heydər Əliyev kuboku"na start verilib. Turnirdə müxtəlif sahələr üzrə 16 Qeyri-hökümət təşkilatı iştirak edirdi. Bu turniri həyata keçirməkdə əsas məqsəd cəmiyyətin diqqətini futbolun inkişafına yönəltmək, futbola marağın kütləviliyini təmin etmək və QHT-lər arasında əməkdaşlığı möhkəmləndirməkdən ibarətdir.

07 may 2012-ci il saat 16.00-da "QHT-lər arasında mini futbol turniri üzrə Heydər Əliyev kuboku"nun finalı və bağlanış mərasimi olacaq. Turnirin bağlanış mərasimi Bakı şəhəri, Nərimanov rayonu, F. Xoyski prospekti, 91-də (Caspian ticarət mərkəzinin arxası) 200 saylı orta məktəbin meydançasında keçiriləcək.


Tural QABİLOĞLU


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs