news Image
2012.04.03
18:31
| A A A
Azərbaycanlıların Soyqırımı Günü dünyanın 10 ölkəsində qeyd olunacaq
Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dünyanın bir sıra ölkəsində Azərbaycan diasporunun təşkilatçılığı ilə müxtəlif tədbirlər, soyqırımı qurbanlarının anım mərasimləri, sərgi və konfranslar keçiriləcək. Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Moskva, Sankt-Peterburq, Yekaterinburq, Murmansk və digər şəhərlərində Ümumrusiya Azərbaycanlıları Konqresi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının və digər Azərbaycan təşkilatlarının təşəbbüsü ilə keçiriləcək tədbirlərdə 1918-ci ilin mart-aprel aylarında erməni millətçiləri və daşnak qrupları tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər barədə fakt və sənədlərə əsaslanan məlumatlar veriləcək. Soydaşlarımız dünya ictimaiyyətinin bu cinayətə hüquqi qiymət verməyə səsləyəcəklər. Soyqırımı qurbanlarının xatirəsi Türkiyə, ABŞ, Ukrayna, Belarus, Latviya, Litva, Estoniya, Gürcüstan, Qazaxıstanda yaşayan soydaşlarımız tərəfindən də yad ediləcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs