news Image
2012.04.03
18:35
| A A A
Ermənilər beynəlxalq birlik qarşısında cavab verməlidir
Ermənilər Azərbaycan torpaqlarını işğal etdikərinə görə, bir milyondan çox insanı qaçqın və məcburi köçkün halına saldıqları üçün beynəlxalq birlik qarşısında cavab verməlidir. Bunu SalamNews-a Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin keçmiş müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq deputatı Onur Öymən bildirib. O söyləyib ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını dünyanın diqqətindən yayındırmaq üçün hər il müxtəlif ölkələrin parlamentlərində uydurma erməni soyqırımı məsələsini gündəmə gətirirlər: "Amma ermənilərin bu cür cəhdləri nəticə vermir. Çünki indi dünya ictimaiyyəti ermənilərin ərazi uydurma və yalanlarına inanmır, əksinə, erməniləri başqa dövlətlərə qarşı ərazi iddiaları ilə tanıyırlar. Ermənilər qondarma erməni soyqırımı məsələsini gündəmə gətirirlər və bununla Türkiyəyə təzyiqlər etməyə çalışırlar. Bunun ABŞ-da gündəmə gətirilməsi məsələsinə toxunan sabiq deputat deyib ki, bu cür qondarma məsələ Senatda tanınmayacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs