news Image
2012.05.11
10:50
| A A A
Yekun attestasiyanın aparılması qaydaları ilə bağlı sərəncam verilib

Sərəncamda qeyd olunur ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydalarını müəyyən etsin.

Nazirlər Kabineti iki ay müddətində "Təhsil haqqında" Azərbaycan Qanununun tətbiq edilməsi barədə" Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndində nəzərdə tutulmuş, təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydalarını Prezident ilə razılaşdırmaqla təsdiq etsin. /AzərTac/

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs