news Image
2013.07.01
11:57
| A A A
UNESCO-nun Baş Direktoru Gəncənin 4000 illik yubileyi münasibətilə xalqımızı təbrik edib

Mövqe.az-ın məlumatına görə, UNESCO -nun Baş Direktoru İrina Bokova Gəncənin 4000 illik yubileyi münasibətilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə müraciət ünvanlayıb. 


Müraciətdə deyilir: "Mən böyük məmnunluqla Azərbaycan xalqını qədim Gəncə şəhərinin təməlinin qoyulmasının 4000 illik yubileyi münasibətilə təbrik edirəm. İpək Yolunun qovşağında yerləşən Gəncə şəhəri bu yol boyu mövcud olan ticari və mədəni mübadilə ilə dialoqların qurulmasında böyük rol oynayıb. Gəncə uzun müddətdir UNESCO-nun ideyası olan dialoq və qarşılıqlı anlaşmanın əsasında duran bilik, elm və müxtəlif insanların tolerantlığının qovşağı kimi tanınır. Bu ruha malik Gəncə tarixin bütün dövrlərində filosofların, şairlərin, alimlərin məkanı olub. Təsadüfi deyil ki, məhz dahi Nizami Gəncəvi və Məhsəti Gəncəvi burada yaşayıb, yaratmışlar" 


İ. Bokova UNESKO-da Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsindən də məmnunluğunu vurğulayıb: "UNESCO xüsusən bu il Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi çərçivəsində Parisdə yerləşən baş ofisində silsilə tədbirlərin keçirilməsindən məmnundur. Gəncənin zəngin irsi və tarixi onun sakinlərini bir çox çətinlik qarşısında güclü və möhkəm edib. Bu gün Gəncə Mərkəzi Asiya və Aralıq dənizi arasında yerləşən Qafqaz da daxil olmaqla daha geniş bir coğrafiyada aparıcı yer tutur. Bu münasibətlə Gəncə şəhərinin sakinlərini bir daha təbrik edirəm".


Qeyd edək ki, Gəncə şəhərinin 4000 illik yubiley tədbirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının rəhbərliyi ilə reallaşır. 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs