Əlaqə Arxiv
news Image
2013.07.01
14:00
| A A A
BQXK erməni əsirliyində olan əsgərimizə baş çəkib
Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Ordusunun erməni əsirliyində olan əsgərinə baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycan Ordusunun erməni əsirliyində olan əsgərinə baş çəkiblər.


Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, başçəkmə iyunun 28-də olub. Əsirə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.


Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu 2012-ci ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.


Sizin Reklam Yeriniz