Əlaqə Arxiv
news Image
2013.07.02
14:30
| A A A
Hava yağışlı və küləkli olacaq, temperatur enəcək

İyulun 3-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz hava şəraitinin üstünlüyü gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Mövqe.az-a verilən məlumata görə, səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı istisna edilmir. Küləkli hava şəraiti müşahidə olunacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-22 dərəcə, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. 

 

İyulun 4-də də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 18-21, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında iyulun 3-də əsasən səhər və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı ehtimal olunur. Küləkli hava şəraiti müşahidə olunacaq. Arabir güclənən qərb küləyi müşahidə olunacaq. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 18-23 dərəcə, gündüz 30-35,  dağlarda gecə 11-16 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.

 

İyulun 4-də də əsasən səhər və axşam saatlarında şişək çaxacağı, qısamüddətli yağış yağacağı, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı ehtimal olunur. Küləkli hava şəraiti müşahidə olunacaq. Arabir güclənən qərb küləyi müşahidə olunacaq. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 17-22 dərəcə, gündüz 29-34, dağlarda gecə 10-15 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz