Əlaqə Arxiv
news Image
2013.07.02
18:04
| A A A
Kerri və Lavrov görüşdü

Movqe.Az xəbər verir ki, ABŞ xarici işlər naziri Con Kerri və Rus həmkarı Sergey Lavrov, ASEAN iclasları üçün olduqları Bruneidə görüşüb. Nazirlər, Suriya böhranı və keçmiş CIA agenti Edvard Snou ilə əlaqədar mövzuları müzakirə edib. Görüşdə, Rusiyanın, Qərb və Ərəb ölkələrinin silahlandırdığı müxaliflərlə mübarizə aparan Əsəd rejiminə olan dəstəyi gündəmdə olub. ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) dünyada milyonlarla nəfərin telefon və internet qeydlərini izlədiyi məlumatını mətbuata sızdıran və ABŞ-Rusiya əlaqələrinin gərilməsinə gətirib çıxaran Snou ilə əlaqədar məsələlər də gündəmdə olub. Yığıncağın ardınca onu izləyən jurnalistlərdən narahat olan Lavrovun, "Yoldayam çünki günorta yeməyinə gecikdim. Siz tamamilə çılğınsınız. Necə belə çalışa bildiyinizi bilmirəm" sözləri diqqəti çəkib".


Sizin Reklam Yeriniz