news Image
2013.07.02
16:11
| A A A
Rusiya raketi yerə düşdü

 Movqe.Az xəbər verir ki, Rusiyanın Qazaxıstanda olan Baykonur kosmos bazasından edilən və televiziyalar tərəfindən canlı yayımlanan atışda, üç GLONASS-M peyki daşıyan raketin, havaya qalxdıqdan bir neçə saniyə sonra istiqamətini 180 dərəcə dəyişdirərək yerə düşdüyü görülüb. Raketin düşdüyü bölgədə ilkin təyin etmələrə görə can itkisinin olmadığı və qəzayla əlaqədar "Roskosmos" tərəfindən araşdırma və istintaqın aparıldığı qeyd edilib. 2010-ci ildə raketin üç GLONASS peykilə Sakit Okeanına düşməsinin ardınca Proton raketlərinə DM-03 gücləndirici bloku yerləşdirilmiş və aprel ayında Plesetsk kosmos əsasından edilən atış müvəffəqiyyətli olmuşdu.