Əlaqə Arxiv
news Image
2013.07.02
16:40
| A A A
Uşaqlar üçün yeni - pnevmakok çöplərinə qarşı peyvəndlər Azərbaycana gətirilib-Özəl
Nəsib Quliyev: "Hazırda yeni peyvəndlərin tətbiqi ilə bağlı treninqlər keçirilir"

Uşaqlar üçün yeni - pnevmakok çöplərinə qarşı peyvəndlər artıq Azərbaycana gətirilib.  Bu barədə məlumatı Movqe.az-a Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev verib. Onun sözlərinə görə, hazırda yeni peyvəndlərin tətbiqi ilə bağlı treninqlər keçirilir. Treninqlər başa çatan kimi, yaxın günlərdə  Azərbaycanda uşaqlar üçün yeni - pnevmakok çöplərinə qarşı peyvəndin tətbiqinə başlanacaq.. N. Quliyevin sözlərinə görə, Azərbaycanda uşaqlar arasında rast gəlinən xəstəliklər sırasında tənəffüs yolları xəstəlikləri birinci yerdədir: "Ona görə də, bu aydan dünyada ən bahalı peyvəndlərdən sayılan pnevmakok çöplərinə qarşı peyvəndlər yeni doğulmuş uşaqlara 1 yaşınadək 3 dəfə - 2, 4 və 6 aylıqlarında vurulacaq. Bu peyvəndin tətbiqindən sonra uşaqlar arasında ağır pnevmakokların törətdiyi ağır pnevmaniya, meningit, yuxarı tənəffüs yollarının iltihabı kimi xəstəliklərə rast gəlmə tezliyi çox azalacaq. Bu isə uşaq ölümü hallarının daha da azalmasına təsir göstərəcək".

N. Quliyev bu peyvəndin 1 yaşından yuxarı uşaqlara vurulmayacağını söylədi. Onun sözlərinə görə, hər dəfə yeni peyvəndin tətbiqinə başlananda, əvvəlki uşaqlar həmin peyvəndə cəlb olunacaq uşaqların siyahısına salınmır.

Qeyd edək ki, bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda uşaqlarda pnevmakokk infeksiyalarına qarşı peyvəndin aparılmasına hazırlıq səviyyəsinin son araşdırmasını başa çatdırıb. N. Quliyev Movqe.az-a bildirib ki, ÜST-nin qiymətləndirmə missiyası Azərbaycana səfər edib. ÜST-nin ekspertləri hazırlıq işlərinin səviyyəsini qiymətləndirirlər. Ondan sonra respublikaya gətirilən yeni vaksinlərin vurulmasına başlanılacaq.


Sizin Reklam Yeriniz