Əlaqə Arxiv
news Image
2013.07.03
11:46
| A A A
“Elektron hökumət” yazı müsabiqəsi elan edilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində  "Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər" mövzusunda analitik məqalə müsabiqəsi elan edir.

 

Mövqe.az-ın məlumatına görə, müsabiqədə jurnalistlərlə yanaşı, elmi işçilər, mütəxəssislər və maraqlı şəxslər iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyənlər www.e-gov.az portalında qeydiyyatdan keçməli və məqalələri göndərərkən qeydiyyat nömrəsini e-məktuba əlavə etməlidir.

 

Qeydiyyat 2013-cü il avqustun 28-dək aparılacaq.

 

Müsabiqə 2 mərhələdə keçiriləcək. Birinci mərhələ 15 iyul-31 avqust, ikinci mərhələ 1-20 sentyabr tarixlərini əhatə edəcək. Birinci mərhələdə iştirakçılar məqaləsini müəyyən qəzet, jurnal və ya elektron KİV-də dərc etdirməli, dərc olunmuş qəzet, jurnal səhifəsinin skan edilmiş surəti və ya məqalənin internet ünvanını Təşkilat Komitəsinə göndərməlidir. Məqalələrin dərc olunma tarixi qeydiyyat tarixindən sonrakı tarixə uyğun olmalıdır.

 

Birinci mərhələnin nəticələrinə əsasən Təşkilat Komitəsi tərəfindən qiymətləndirilmiş 10 nəfər ikinci mərhələyə buraxılacaq. Bu mərhələdə onlar Təşkilat Komitəsi tərəfindən müəyyən ediləcək mövzular üzrə məqalələr hazırlayıb dərc etdirməlidirlər.

 

İştirakçı tərəfindən müsabiqəyə təqdim edilən məqalə sayına məhdudiyyət qoyulmur və   iştirakçı qeydiyyat dayandırılanadək məqaləsindən imtina edib yeni məqalə ilə çıxış edə bilər.

 

Hər bir məqalədə "Elektron hökumət" portalının ünvanının (www.e-gov.az) göstərilməsi əsas şərtlərdəndir. Dərc olunmuş məqalənin elektron variantı "Elektron hökumət" portalının  Facebook və Twitter səhifəsində açıq müzakirəyə yerləşdirilməsi üçün təqdim olunmalıdır.

 

Qeyd olunan şərtlərə uyğun olmayan məqalələr Təşkilat Komitəsi tərəfindən baxılmayacaq.

 

Təşkilat Komitəsi qiymətləndirmə zamanı məqaləyə sosial şəbəkələrdən daxil olmuş rəyləri,  iştirakçının "Elektron hökumət" portalından istifadə fəallığını, portalın analiz olunmasında "Elektron hökumət" bülletenlərinə istinadları və təcrübi digər faktları nəzərə alacaq.

 

Qiymətləndirmənin nəticələri "Elektron hökumət" portalında dərc olunacaq.

 

2013-cü ilin sentyabr ayında müsabiqənin yekunlarına həsr olunmuş təqdimat mərasimi keçiriləcək, qaliblər mükafatlandırılacaq və ən yaxşı məqalələr "Elektron hökumət" portalında (www.e-gov.az) elan olunacaq.

 

 

Müsabiqənin mükafat fondu:

 

"Qran Pri"  - 3000 manat

 

1-ci   yer  - 2500 manat

 

2-ci  yer -  1500 manat

 

3-cü yer  - 1000 manat

 

4-10-cu yerlər – noutbuklar

 

İştirakçıların hər birinə e-imza vəsiqəsi, kart oxuyucusu, 6 aylıq Azdatakom internet xidməti (2 Mb/s) hədiyyə ediləcək.

 

 

Müsabiqə üçün yazılmış məqalələr bu ünvana göndərilməlidir - [email protected].

 

Müsabiqə barədə daha geniş məlumatları www.e-gov.az Elektron hökumət portalından, eləcə də RİTN-in Mətbuat xidmətindən əldə etmək olar. Əlaqə telefonları: 157 (dax.4), (012) 5984271. Faks: (012) 565 14

Sizin Reklam Yeriniz