Əlaqə Arxiv
news Image
2013.07.03
12:49
| A A A
Azərbaycanda 27910 narkoman qeydiyyatdadır

2012-ci ilin sonuna olan məlumata görə, ölkə üzrə qeydiyyata alınan narkomanların ümumi sayı 27910 nəfərdir. Onlardan 1878-i 2012-ci ildə qeydiyyata götürülüb. Movqe.az-ın məlumatına görə, bunu Respublika Narkoloji Mərkəzinin (RNM) şöbə müdiri, həkim-narkoloq Afət Məmmədova deyib.A. Məmmədova bildirib ki, ötən il RNM-ın stasionarlarına qəbul olunan 2105 nəfər xəstədən 568 nəfəri, o cümlədən 44 nəfər qadın və 524 nəfər kişi narkomaniya diaqnozu ilə daxil olub. 

Şöbə müdirinin sözlərinə görə, RNM-də müayinə və müalicə olunan bütün xəstələr İİV/QİÇS-ə, həmçinin hepatit B və C infeksiyalarına, sifilisə görə müayinə olunur: "2012-ci il ərzində respublika, şəhər və rayon narkoloji dispanserlərinin qeydiyyatında 2239 nəfərin qanı İİV-ə görə müayinə edilib, onlardan 32-də yoluxma faktı təsdiq olunub. Mərkəzdə yaradılmış İİV infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsində ötən ilə ərzində 1642 nəfər müayinədən keçib, 64 nəfərdə İİV yoluxması aşkar olunub".


Sizin Reklam Yeriniz