Əlaqə Arxiv
news Image
2013.07.03
15:59
| A A A
Zəlzələdə ölənlərin sayı getdikcə artır

Movqe.az xəbər verir ki, İndoneziyanın Açe bölgəsində dünən meydana gələn 6.1 bal böyüklüyündəki zəlzələ nəticəsində ölənlərin sayı 22-ə çatıb. Ölkədəki fəlakət inzibati mərkəzi, mərkəzi əsası Sumatra adasının qərb tərəfində yaranan zəlzələdə çox sayda insanın da yaralandığını bildirib. Zəlzələnin ən çox təsir etdiyi Bener Meriah bölgəsində torpaq sürüşməsi və yıxılan binalar 12 nəfərin ölümünə, 70-ə yaxın insanın yaralanmasına səbəb olub. Mərkəzi Açe bölgəsində ölənlərin sayının 10, yaralananların sayının təxminən 140 olduğu deyilib. Yüzlərlə insanı müvəqqəti sığınacaqlaragöndərən rəsmilər, axtarış-xilasetmə  işlərinin davam etdiyini bildirib. 

Sizin Reklam Yeriniz