news Image
2013.07.03
15:19
| A A A
“Mən Azərbaycanlıyam” onlayn bilik yarışmasının növbəti qalibləri mükafatlandırılıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş və "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 01 iyun 2013-ci il tarixindən internet məkanda "Mən Azərbaycanlıyam" onlayn bilik yarışması təşkil olunub.  

 

Yarışmanın məqsədi milli-mədəni irsimizin təbliği, bu sahədə marağın və biliklərin artırılması, vətənpərvərlik hisslərinin yüksəldilməsidir. Yarışmada www.azerbaycanliyam.az veb-saytı və Facebook səhifəsi vasitəsilə iştirak etmək mümkündür.

 

Bu gün nazirlikdə yarışmanın 2 və 3-cü ongünlüklərinin və ilk ayın qaliblərinin mükafatlandırma mərasimi təşkil edilib. Tədbirdə nazir müavini Elmir Vəlizadə çıxış edərək qalib iştirakçıları təbrik edib, cəmiyyətdə yarışmaya gündən-günə artmaqda olan marağı və layihənin əhəmiyyətini bir daha vurğulayıb. 1 ay ərzində yarışmada qeydiyyatdan keçmiş iştirakçıların sayının artıq 10 mini keçdiyi və bu rəqəmin sürətlə artmaqda olduğu bildirilib. Respublikanın regionlarından da yarışmaya böyük maraq var. Belə ki, qaliblər sırasında Astara, Şamaxı, Xaçmaz, Ağdam, Qazax, Ağstafa, Hacıqabul və Kürdəmir rayon sakinləri olublar.

 

Tədbirin sonunda qaliblərə hədiyyələr təqdim edilib və onlara yarışmanın superfinalında uğurlu iştirak arzulanıb.

 

Yarışın şərtlərinə uyğun olaraq hər iki ongünlüklərin 10 qalibi netbuk tipli kompüterlərə, ilk yüzlüyə daxil olan digər iştirakçılar isə həvəsləndirici mükafatlara –  Azerfon və Bakcell şirkətləri tərəfindən təqdim edilmiş 10 manatlıq mobil telefon danışıq kartlarına sahib olublar.

 

Ay ərzində yarışma iştirakçıları arasında ən yaxşı nəticə göstərmiş 3 nəfər ayın qalibi seçilib.

 

1-ci yeri tutan Günel Ağayevaya Apple iPhone mobil telefon və iPad mini, 2-ci yeri tutan Amin Quliyevə iPhone mobil telefonu, 3-cü yeri tutan Şahbaz Salmanova isə iPad mini təqdim edilib.

 

Yarışma dekabrın 1-dək davam edəcək və hər 10 gündən bir qaliblərin mükafatlandırma mərasimi, dekabrın ilk həftəsi isə superfinal keçiriləcək

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs