Əlaqə Arxiv
news Image
2013.07.03
17:29
| A A A
ABŞ Pakistana yenidən hücum etdi: 17 ölü

Movqe.Az xəbər verir ki, ABŞ-ın Pakistanda insansız hava vasitəsiylə təşkil etdiyi hücumda 17 nəfər həlak olub. Pakistanda Navaz Şərifin baş nazirlik kürsüsünə oturmasından bu yana ABŞ, bu ölkə ərazisində üçüncü hücumunu reallaşdırıb. Pakistan kəşfiyyat səlahiyyətliləri, Şimali Vəziristan əyalətindəki Darpa Hel bölgəsində ABŞ-ın pilotsuz hava vasitəsiylə təşkil etdiyi hücumda 17 nəfərin öldüyünü və 2 nəfərin isə yaralandığını açıqlayıb. Pakistanlı rəsmilər, bu gün erkən saatlarda Şimali Vəziristanda bir evə insansız hava vasitəsiylə təşkil edilən hücumda iki mərmi atıldığını bildirib. Hücum nəticəsində ölənlərin Əfqan Hakkani təşkilatına mənsub olduğu açıqlanıb.

Sizin Reklam Yeriniz