news Image
2013.07.03
17:13
| A A A
3 nəfər malyariyaya yoluxub-Özəl
Süleyman Məmmədov: "Azərbaycanda hələki bu il yerli malyariyaya yoluxma faktı qeydə alınmayıb"

"Azərbaycanda hələki bu il  yerli malyariyaya yoluxma faktı qeydə alınmayıb. Bu il ərzində üç nəfərdə tropik malyariya aşkarlanıb. Onlarda xarici ölkələrdə bu xəstəliyə yoluxublar". 

Bu sözləri Movqe.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) parazitologiya şöbəsinin rəhbəri Süleyman Məmmədov deyib. S. Məmmədov bildirib ki, yay olsa da, hələki malyariyaya yoluxma halına ölkə ərazisində rast gəlinməyib. Tropik malyariya xəstəliyi qeydə alınan şəxslər Afrikada bu xəstəliyə yoluxublar. Bizdə o xəstəliyi yayan ağcaqanadlar yoxdur. Düzdür, əvvəllər olub.  1930-cu illərdə Azərbaycanda da tropik malyariya ocaqları alovlanıb. Amma görülmüş tədbirlər nəticəsində bu xəstəliyin qarşısını almağa nail olmuşuq".

S. Məmmədovun sözlərinə görə,ötən il malyariyaya yoluxma halı üç nəfərdə qeydə alınıb: "Ölkədə malyariya xəstəliyi ilə bağlı vəziyyət təhlükəli deyil. Malyariya xəstəliyinin kütləvi yayılması sonuncu dəfə 1996-1997-ci illərdə baş verib. Həmin dövrdə 13135 nəfərin bu xəstəliyə yoluxduğu qeydə alınıb. İndi demək olar ki, ölkədə malyariya ilə bağlı ciddi təhlükə yoxdur. May ayından başlayaraq endemik ərazilərdə profilaktik tədbirlər həyata keçirilir. Xəstəliyin əsas yayıcısı olan "anofeles" ağçaqanadların kökünü kəsmək üçün nəmişlik olan rayonlardakı bataqlıqlar dizenfeksiya olunur. Malyariya ocaqlarında potensial infeksiya mənbələrini zərərsizləşdirmək məqsədi ilə kimyəvi profilaktika işləri də aparılır".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs