Əlaqə Arxiv
news Image
2013.07.04
10:51
| A A A
Məhəmməd Mursi devrildi

Misirin müdafiə naziri Əbdülfətah əl-Sissi Qahirədə verdiyi açıqlamada Məhəmməd Mursinin daha prezident olmadığını və onun səlahiyyətlərinin Konstitutsiya Məhkəməsinin rəhbərinə həvalə edildiyini elan edib. Son xəbərlərə əsasən hərbi qüvvələr Müsəlman Qardaşlarınınaparıcıliderlərini həbsetməyə başlayıblar.

Açıqlamadan az sonra Təhrir meydanına toplaşmış nəhəng izdiham bayram etməyə başlayıb. Mursi əleyhdarları prezidentin devrilməsini atəşfəşanlıqla qeyd ediblər.
Hərbçilərin verdiyi bəyanata əsasən Ədli Mənsur Misirin müvəqqəti dövlət başçısı olacaq.
"Prezident xalqın məqsədlərinə nail olmadı," deyən cənab əl-Sissi həmçinin Konstitutsiyanın icraatının müvəqqəti olaraq dayandırldığını bəyan edib.
Müdafiə naziri bəyanat verərkən onun yanında generallar və Misirin müxtəlif dini liderləri əyləşiblər.
Məhəmməd Mursinin təmsil etdiyi Müsəlman Qardaşları yaydıqları bəyanatda "milyonlarla adamın çevrilişi pislədiyini və prezidentin legitimliyini dəstəklədiyini" bildirib. Qurum baş verənləri "sabiq rejimin geri qayıtması" kimi təsvir edib.
Müxalifət lideri Məhəmməd əlBaradei hərbçilərin atdıqları addımın "Misir xalqının arzularına uyğun olduğunu" söyləyib. O, erkən prezident seçkilərinin keçiriləcəyinə ümid bəslədiyini deyib.
Misirin ilk demokratik seçkilərdə seçilmiş prezidentini hərbi qüvvələr Məhəmməd Mursi səlahiyyətləri paylaşmaqdan imtina etdikdən və verilən ultimatuma məhəl qoymadıqdan sonra deviriblər.
​Ötən bir neçə gündə bütün ölkə boyu nəhəng nümayişlər Misirdə siyasi gərginliyi yüksək həddə çatdırıb.
Hərbçilərin Mursiyə verdikləri 48 saatlıq ultimatum bitər-bitməz, əsgərlər paytaxt boyu əsas binaları nəzarət altına alıblar.
Dövlətə məxsusƏl-Əhramqəzetinin yazdığına görə "Misir Silahlı Qüvvələrin Ali Komandanlığı yerli vaxtla axşam saat 7-də Məhəmməd Mursiyə onun artıq respublikaya prezident olmadığını söyləyib."
Bu gün Misir boyu baş verən zorakılıqlarda azı 8 adam ölmüş, yüzlərlə adam yaralanmışdır.

Sizin Reklam Yeriniz