Əlaqə Arxiv
news Image
2013.07.04
11:15
| A A A
Məhəmməd Xatəmi İran hökumətini Mirhüseyn Musəvi və Mehdi Kərrubini azadlığa buraxmağa çağırıb

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi səlahiyyət müddəti bu il avqustun 3-də başa çatacaq Mahmud Əhmədinejad hökumətini siyasi məhbusları azadlığa buraxmağa çağırıb.

 "Radiofərda"nın verdiyi məlumata görə, M. Xatəmi bir qrup müəllim və tələbə qarşısında çıxışı zamanı bildirib ki, M. Əhmədinejad hökumətinin hazırda üç ilə yaxındır ev dustaqlığında saxlanılan İran müxalifətinin liderləri - Mirhüseyn Musəvi, həyat yoldaşı Zəhra Rəhnəvərd və Mehdi Kərrubini sərbəst buraxması çox yaxşı olardı: "Bu addım X hökumətdən xoş xatirə kimi yadda qalar".

İranın eks-prezidenti ölkədəki ictimai-siyasi vəziyyətdən də danışıb: "Bu bir neçə il ərzində ölkədə tələbələr təqib və təzyiqlərə məruz qalıblar. Düzdür, bütün siniflər - işçisi, taciri, təqaüdçüsü və digərləri də bu təqib və təzyiq siyasətinin qurbanı olub. Ancaq ali təhsil müəssisələri daha çox nəzarət altında saxlanılıb. Halbuki müəllim və tələbələr toplumu doğru yola aparan təbəqədir. Ona görə də İranın yeni prezidenti Həsən Ruhani gərək tələbələrin tələblərini dinləsin və seçkiqabağı verdiyi vədləri yerinə yetirsin".

Daha sonra M. Xatəmi M. Musəvidən sitat gətirib: "Gəlin bu yeni hökumətdə M. Musəvinin vaxtilə dediyi "Qələbəmiz heç kəsin məğlub olması deyil, bəlkə bir xalqın qələbəsidir" sitatının düz çıxması üçün iş görək. Gəlin bütün siniflərin – sağçısı, solçusu, hamının bu seçkidə qazandığını düşünməsi üçün çalışaq".

Sizin Reklam Yeriniz