Əlaqə Arxiv
news Image
2013.07.04
11:22
| A A A
Azərbaycanda mobil telefon nömrələrinin daşınması sistemi nə vaxtdan tətbiq olunacaq?!

 Azərbaycanda mobil telefon nömrələrinin daşınması sisteminin (Mobile Number Portability) bu ilin avqust ayının 1-dən etibarən tətbiqi planlaşdırılır.


Mövqe.az-ın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

 

Ə.Abbasovun sözlərinə görə, artıq yeni sistemin tətbiqi ilə bağlı Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorlarına müvafiq tapşırıq verilib: "Mobil operatorların bunun üçün kifayət qədər imkanları var. Onlara nömrələrin daşınması sisteminin avqustun 1-dən tətbiqi ilə bağlı tapşırıq verilib".

 

Xatırladaq ki, dünən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə MNP sisteminin tətbiqinin ləngiməsinin mobil rabitə operatorlarının texniki baxımından buna tam hazır olmaması ilə bağlı olduğunu vurğulayıb: "Mobil rabitə operatorları texniki baxımdan layihənin tətbiqinə tam hazır olan kimi, nömrələrin daşınmasına başlanacaq".

 

Qeyd edək ki, ilk öncə layihənin cari ilin may ayının əvvəlində, daha sonra isə iyunun əvvəlində tətbiqi planlaşdırılırdı.

 

Xatırladaq ki, Azərbaycanda MNP xidmətləri çərçivəsində mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq digər operatorun şəbəkəsinə daşınması mexanizminin tətbiqi nəzərdə tutulur. "Daşınan nömrələr" xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və ya 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes tərəfdaşları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.

 

Sizin Reklam Yeriniz