Əlaqə Arxiv
news Image
2013.07.04
14:10
| A A A
Ukraynada Zərifə Əliyeva adına istirahət parkında beynəlxalq tədbirə start verilib

Kiyevdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (SAMU), Ümumukrayna Gənclər Assambleyasının və Ukrayna Ekoloji Təşəbbüs milli gənclər mərkəzinin birgə təşkilatçılığı ilə Şərqi Avropada fəaliyyət göstərən gənclər təşkilatlarının inkişafında effektli təcrübə mübadiləsinin rolu mövzusunda silsilə beynəlxalq tədbirlərə start verilib.

 

SAMU-dan Mövqe.az-a bildirib ki, Azərbaycan, Ukrayna, Moldova, Türkiyə, Macarıstan  və bir sıra ölkələrin aparıcı gənclər təşkilatlarından 60-dan çox nümayəndənin qatıldığı  beynəlxalq toplantının iştirakçıları ekologiyanın qorunmasında gənclərin üzərinə düşən vəzifələr mövzusunda ilk mərasimi İrpen şəhərindəki Akademik Zərifə Əliyevanın adını daşıyan istirahət parkından başlayıblar.

 

Tədbir ARDNŞ-in Ukrayna nümayəndəliyinin dəstəyi ilə baş tutub. Əvvəlcə tanınmış oftalmoloq alim, akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstünün önünə tər çiçəklər qoyulub. Tədbirdə çıxış edən SAMU sədri Anar Tahirov və Ukrayna Ekoloji təşəbbüs milli gənclər mərkəzinin idarə heyətinin sədri Oksana Əliyeva İrpen şəhərindəki Akademik Zərifə Əliyevanın adını daşıyan dostluq parkının təbii gözəlliyinə və ekoloji təmizliyinə görə uşaqlı analar və yerli sakinlərin ən nümunəvi istirahət guşəsinə çevrildiyini  nəzərə çatdırıblar. Ukraynada təbiətin mühafizəsi və ekologiyanın qorunması tədbirlərində fəal iştirak edən SAMU ARDNŞ-in Ukrayna nümayəndəliyinin dəstəyi ilə Kiyev şəhərinin bir çox parkları ilə yanaşı, akademik Zərifə Əliyeva adına İstirahət parkında da mütəmadi olaraq yaşıllıq və ağacəkmə aksiyası həyata keçirib.

 

Sonra tədbirə qatılan Macarıstan, Moldova, Türkiyə, Azərbaycan və Ukraynadan olan gənclər Zərifə Əliyeva parkı ilə yaxından tanış olublar. Gənclər təbiətin mühafizəsi və ekologiyanın qorunması layihəsi çərçivəsində taxtadan hazırlanmış quş yuvalarını  parkdakı ağaclardan asmaqla flora və faunanın  qorunmasına növbəti töhfələrini veriblər. Şərqi Avropadan olan gənclər iyulun 9-dək davam edəcək tədbirlər çərçivəsində  Ukraynanın Ali Radasında, İdman və Gənclər Nazirliyində bir sıra görüşlər keçirəcək, birgə əməkdaşlığa dair niyyət protokolları imzalayacaqlar.

Sizin Reklam Yeriniz