Əlaqə Arxiv
news Image
2013.07.04
14:32
| A A A
Aylıq “Elektron hökumət” bülleteninin yeddinci nömrəsi buraxılıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış aylıq "Elektron Hökumət" bülleteninin yeddinci nömrəsi işıq üzü görüb.

 

Mövqe.az-ın məlumatına görə, bu sayda da həmişə olduğu kimi, xidmət təminatçıları tərəfindən portala inteqrasiya olunmanın hazırkı vəziyyəti, təqdim olunan xidmətlərin sayı, ən çox istifadə olunan elektron xidmətlərin siyahısı verilib.

 

Nəşrdə bəzi statistik məlumatlar aylıq deyil, 2013-cü ilin 6 ayı üçün verilib. Cədvəllərdən göründüyü kimi, birinci yarımil ərzində 150 mindən artıq istifadəçi tərəfindən 267 mindən çox  xidmətdən istifadə olunub (portala daxilolmaların sayı isə 243 mini ötüb).

 

İyulun 1-nə istehsal olunmuş elektron imza vəsiqələrinin sayı 14 332 ədəd təşkil edib. 

Portalda artıq 225 xidmət təqdim edilir.

 

Bülletenin elektron variantı ilə buradan  tanış olmaq mümkündür.

Sizin Reklam Yeriniz