news Image
2013.07.04
16:08
| A A A
UNESCO “Böyük İpək Yolu”nu rəsmi siyahısına daxil edib

UNESCO "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqını rəsmi olaraq özünün "İpək Yolu layihəsi" çərçivəsində əməkdaşlıq etdiyi təşkilatların siyahısına daxil edib.

 

Bu barədə Mövqe.az-a təşkilatın mətbuat xidmətindən məlumat verilib. UNESCO-nun bu layihəsi indiyə qədər yalnız 10 təşkilatı özünün rəsmi məlumat bazasına daxil edib. "Böyük İpək Yolu" BGİ UNSECO tərəfindən tanınan növbəti qurum olub.

 

Qeyd edək ki, BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı – UNESCO  tarixi "İpək yolu" ilə bağlı layihələrində dünya sivilizasiyaları tarixinin inteqral araşdırılması, Şərq və Qərb arasında sıx mədəni əlaqələrin yeni düzəndə bərpası, Avrasiya kontinentindəki dövlətlərin və xalqların qarşılıqlı münasibətlərinin dərinləşdirilməsi nəzərdə tutur. Dünya ictimaiyyəti Böyük İpək yolu intibahını planetin Şərq yarımkürəsindəki sivilizasiyaların iki minillik dialoqunun təzələnməsi və daha geniş qlobal məkana açılması kimi dəyərləndirir. Bu yolun üzərində və qollarında dünya mədəniyyətinin ən möhtəşəm maddi və mənəvi abidələri yaradılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs