news Image
2013.07.04
17:34
| A A A
XİN-dən Moskvada OMON-lar tərəfindən zorakılığa məruz qalan həmvətənlərimizə tövsiyyə
Elman Abdullayev: "Həmvətənlərimizin hüququnun müdafiəsi yönündə tədbirlər görüləcək"

"Moskvada azərbaycanlılara güc tətbiq edilməsi faktı varsa və bununla bağlı Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət edilibsə, həmvətənlərimizin hüququnun müdafiəsi yönündə tədbirlər görüləcək".

Bu məlumatı Movqe.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman  Abdullayev verib. E. Abdullayev bildrib ki, istər OMON, istər də digər şəxslər tərəfindən Moskvadakı azərbaycanlılara edilən zor onların hüquqlarının pozulması kimi dəyərləndirilir: "Buna görə, Azərbaycanın Rusiyadakı səfirliyinə edilən hər bir müraciətə baxılaraq həmvətənlərimizin hüquqlarının müdafiəsinə başlanıla bilər".

Qeyd edək ki, Moskvada azərbaycanlıların kütləvi şəkildə ticarətlə məşğul olduğu "Moskovretskiy" bazarına OMON hucum edib. Bu barədə Modern.az-a Moskvada bazarda işləyən soydaşlarımız bildirib. Hazırda bazarda ticarət köşklərini dağıdan OMON etiraz edən azərbaycanlılara qarşı zor tətbiq edir.

Xüsusi təyinatlılar eyni zamanda bazarda pasport rejiminin yoxlanmasına başlayıblar. Xeyli azərbaycanlının saxlandığı bildirlir. Bu hucum Moskva merinin vəzifələrini icra edən Sobyaninin sərəncamı ilə həyata keçirilir. Hazırda "Moskovretsksiy" bazarında ticarət palatkaları dağıdılır, köşklər sökülür.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs