news Image
2013.07.05
11:03
| A A A
Cəlilabadda ilan oğlanın başını sancdı
Cəlilabad rayonunda 29 yaşlı gənci ilan sancıb. Mövqe.az-in anspress-ə istinadən verdiyi məlumata görə, hadisə Adnalı kəndində baş verib. 1984-cü il təvəllüdlü Allahverdi Nuruyev səhər həyətlərindəki dama girmək istəyərkən qəfildən damın tavanından çıxan ilan onun başının sağ hissəsini sancıb. İlanı əlilə başından kənarlaşdıran Allahverdi bir anda huşunu itirib yerə yıxılsa da, qışqırmaqla valideynlərini köməyə çağırıb.

Oğlunun qışqırıq səsinə gələn Aslan Nuruyev dərhal Allahverdini xəstəxanaya çatdırıb. Xəstəyə ilan sancmasına qarşı zərdab vurulub. Beləliklə onun həyatını xilas etmək mümkün olub.

Hazırda Alllahverdi Nuruyevdə müəyyən narahatlıqlar olsa da, səhhəti normallaşmağa doğru gedir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs