Iki rayonda qaz olmayacaq
Nəsimi və Yasamal rayonlarının qaz təchizatında
məhdudiyyətlər olacaq. Azərbaycan
Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin mətbuat
xidmətindən Movqe.az-a verilən məlumata görə, təmir işləri ilə
əlaqədar olaraq bu gün 05 iyul tarixdə saat 10:00-dan 18:00-dək
"Alatava" Qazpaylayıcı Stansiyasından qidalanan "Mikrorayon 500
mm-lik" orta təzyiqli qaz kəmərindən qaz təchizatı
dayandırılacaq. Təmir işləri aparılan
müddətdə Nəsimi və Yasamal rayonlarının bir hissəsinə təbii qazın
verilməsində fasilələr yaranacaq.