news Image
2013.07.05
11:58
| A A A
Havanın temperaturu yüksələcək

İyulun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Mövqe.az-a verilən xəbərə görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək.

 

İyulun 6-da gündüz Azərbaycanın əksər rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənir. Lakin gecə və axşam Böyük və Kiçik Qafqazın bəzi dağlıq ərazisində leysan xarakterli yağış yağacağı ehtimalı var. Temperatur Aran rayonlarında gecə 17-22 dərəcə, gündüz 30-35 dərəcə, dağlarda 9-14 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs