Əlaqə Arxiv
news Image
2013.07.05
11:17
| A A A
Ədəbi dil normalarını pozan telekanal və aparıcıları hansı cəza gözləyir?-Özəl
Təvəkkül Dadaşov: "Özləri nəticə çıxarıb bu nöqsanları aradan qaldırmalıdırlar ki, bir də belə monitorinqlər zamanı adları ədəbi dil normalarının daha çox pozulduğu kanalların, aparıcıların siyahısına düşməsin”

"Azərbaycanda ədəbi dil normalarının daha çox pozulduğu kanallara hər hansı inzibati cəza tətbiq edilməyəcək. Biz onların ictimai qınaq və marifləndirmə  yolu ilə ədəbi dilin normalarına, tələblərinə uyğun davranmalarına nail olmaq istəyirik". Bu sözləri Movqe.az –a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov söyləyib. T. Dadaşov bildirib ki, aparılan monitorinq zamanı aparıcıların ədəbi dil normalarının tələblərini kobud şəkildə pozması və inzibati xəta sayılan nöqsan aşkarlanmayıb: "Ona görə də, biz həmin telekanallara buna görə, cərimə yaxud hər hansı başqa bir sanksiya tətbiq etmək niyyətində deyilik. Amma biz həmin telekanalların, aparıcıların adlarını açıqlamaqla onların ictimai qınaq vasitəsilə səhvlərini təkrarlamamasına nail olmaq istəyirik. Yəqin ki, adları açıqlanan telekanal və aparıcılar istəməzlər ki, onların adları bu siyahıya düşsün. Özləri nəticə çıxarıb bu nöqsanları aradan qaldırmalıdırlar ki, bir də belə monitorinqlər zamanı adları  ədəbi dil normalarının daha çox pozulduğu kanalların, aparıcıların siyahısına düşməsin".

Xatırladaq ki, aparılan monitorinqlər nəticəsində hazırda ədəbi dilin qaydalarının pozulması hallarının ən çox ANS telekanalında müşahidə olunması aşkarlanıb.



Sizin Reklam Yeriniz