news Image
2013.07.05
15:02
| A A A
Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı bəyanat yayıb

APA-ya daxil olan bəyanatında Mahmud Mehdiyev bildirir: "Bəzi KİV-də keçmiş həyat yoldaşım Gültəkin Hacıbəyli guya Nəsimi rayon Məhkəməsi tərəfindən atalıq hüququmun bərpa edilməsi və 9 yaşlı oğlum Toğrulun mənim himayəmə verilməsi ilə bağlı  qərar çıxarması barədə sensasion xarakterli bəyanatla çıxış edib.

 

G. Hacıbəyli tərəfindən məhkəmənin çıxardığı qərarda göstərilənləri təhrif edərək bu barədə ictimaiyyətə yalan məlumat verməsi məndə təəssüf doğurur.

 

Bildirirəm ki, Nəsimi Rayon Məhkəməsi mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq oğlumla hər həftənin beş günü saat 16:00-dan saat 21:00-dək görüş vaxtı və hər həftənin şənbə günü saat 20:00-dan növbəti bazar günü saat 11:00-a qədər mənimlə qalması şərtilə görüş vaxtı müəyyən edib.

 

Qeyd olunanları nəzərə alaraq bəyan edirəm ki, hər bir vətəndaş kimi vaxtilə deputat mandatına sahib olmuş Gültəkin Hacıbəyli də məhkəmənin qəbul etdiyi qərara hörmətlə yanaşmalı, ictimaiyyət arasında mənim şəxsiyyətimə xələl gətirə biləcək çıxışlarına son qoymalıdır".