Əlaqə Arxiv
news Image
2013.07.05
16:17
| A A A
"Belarus Azərbaycanın xilasetmə xidmətinin formalaşmasına kömək edir"

Belarus Azərbaycanın xilasetmə xidmətinin formalaşmasına qardaş köməyi göstərir. Trend-in cümə günü BELTA-ya istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Belarus Fövqəladə Hallar Nazirliyinin (FHN) Mühəndis Komanda İnstitutunun xilasedici zabitlərinin məzun günündə deyib.


Təntənəli mərasim Belarus Milli Kitabxanasında baş tutub. Məzun olan mütəxəssisləri təbrik etmək üçün Belarus və Azərbaycanın fövqəladə hallar nazirləri Vladimir Vaşenko və Kəmaləddin Heydərov tədbirdə iştirak ediblər.

Vaşenko təbrik çıxışında bildirib ki, insanların həyat və sağlamlığı, iqtisadiyyatın vəziyyəti institutun məzunlarının keyfiyyətli ixtasas almasından asılıdır.


Heydərov Azərbaycanın Xilasetmə Xidmətinin formalaşmasında, ixtisaslı mütəxəssislərin hazırlanmasında qardaş köməyi göstərdiyinə görə instituta təşəkkürünü bildirib, həmçinin bu çətin, yəni insan həyatlarının xilas edilməsi işində qələbələr arzu edib.

Sizin Reklam Yeriniz