Əlaqə Arxiv
news Image
2013.07.08
12:18
| A A A
Ana və uşaq ölümü ilə bağlı araşdırmalara başlanıldı-Eksklüziv
Gülər Ağayeva: "Hansı qərarın veriləcəyi Komissiyanın yekun rəyindən sonra bəlli olacaq"

İsmayıllı rayonunda baş verə ana və uşaq ölümünün araşdırılmasına başlanılıb. Bu barədə Movqe.az-a eksklüziv açıqlama verən  Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Gülər Ağayeva bildirib ki, artıq nazirliyin Doğuşa Yardım Komissiyasının mütəxəssisləri baş verən hadisə ilə bağlı tibbi sənədlər əsasındayoxlamaya start veriblər: "Hələki ana və uşaq ölümü ilə bağlı həkim barəsində hər hansı ölçü götürülməyib. Həkim işdən də çıxarılmayıb. Hansı qərarın veriləcəyi Komissiyanın yekun rəyindən sonra bəlli olacaq. Artıq aşdırmalara başlanıb".  

Qeyd edək ki, iyunun 27-də  İsmayıllı Mərkəzi rayon Xəstəxanasının Doğum Şöbəsində ana və uşaq ölümü qeydə alınmışdı. Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı ölü döl dünyaya gətirdikdən 10 dəqiqə sonra vəziyyəti pisləşib. Onda tənəffüs çatışmazlığı, göyərmə, ürək ağrıları baş qaldırıb. Dərhal xəstəyə reanimasyon tədbirlər görülüb. Anna buna baxmayaraq tromboemboliya diaqnozu ilə xəstə həyatını itirib.

Faktla bağlı İsmayılı rayon Prokurorluğunda araşdırma aparılır. Ana və uşaq ölümündə təqsirkar bilinən həkim ginekoloq Məlahət Hüseynova mərhumun əmisi qızıdır. 


Sizin Reklam Yeriniz