news Image
2012.05.11
17:08
| A A A
Aqşin Mehdiyev Suriyadakı partlayışları pislədi
BMT-nin Təhlükəsizlik Şurasının üzvləri bunu beynəlxalq təhlükəsizliyə təhdid adlandırıblar

BMT-nin Təhlükəsizlik Şurası Suriyanın paytaxtı Dəməşqdə dünən törədilən partlayışları pisləyib. Təhlükəsizlik Şurasının hazırki sədri Aqşin Mehdiyev Suriyada bütün tərəfləri 14 aydır davam edən zorakılığa son qoymağa çağırıb.

"Təhlükəsizlik Şurasının üzvləri mayın 10-da Suriyanın paytaxtı Dəməşqdə törədilmiş və onlarla insanın ölümünə və yaralanmasına səbəb olmuş terror aktlarını qəti şəkildə pisləyir. Onlar bu iyrənc əməllərin qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verir. Təhlükəsizlik Şurasının üzvləri Suriyada bütün tərəfləri 2042 və 2043-cü qətnamələrə uyğun olaraq, dərhal və aydın şəkildə Birgə Xüsusi Səfirin 6-bəndli təklifinin bütün ünsürlərini yerinə yetirməyə və xüsusilə, hər növ silahlı zorakılığa son qoymağa çağırıb. Bu baxımdan, Təhlükəsizlik Şurasının üzvləri BMT-nin Suriyadakı Müşahidə Missiyasını və BMT ilə Ərəb Ölkələri Liqasının Birgə Xüsusi Səfirini tam dəstəklədiklərini bir daha təsdiq etdilər. Təhlükəsizlik Şurasının üzvləri bir daha bəyan etdilər ki, terrorun bütün növ və təzahürləri beynəlxalq sülh və təhlükəsizliyə ən böyük təhdidlərdən biridir və motivlərinin nə olmasından, harada, nə vaxt və kim tərəfindən törədilməsindən asılı olmayaraq, istənilən terror aktı cinayətdir və bağışlanmazdır. Təhlükəsizlik Şurasının üzvləri BMT-nin Nizamnaməsinə dair öhdəliklərə müvafiq olaraq, terrorun bütün formaları ilə mübarizə aparmaqda qətiyyətli olduqlarını bir daha təkrar etdilər. Təhlükəsizlik Şurasının üzvləri dövlətlərə beynəlxalq hüquq, xüsusilə də beynəlxalq insan haqları, qaçqın və humanitar qanunlar çərçivəsində öz öhdəliklərini yerinə yetirərək, terrorizmlə mübarizə aparmaq üçün tədbirlər görməli olduğunu xatırladıb. Təşəkkür edirəm." - BMT Təhlükəsizlik Şurasının hazırki sədri Aqşin Mehdiyev belə deyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs