Əlaqə Arxiv
news Image
2013.07.09
11:01
| A A A
Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu vəfat edib

Azərbaycanın xalq yazıçısı Gülhüseyn Hüseynoğlu 90 yaşında dünyasını dəyişib.


Yazıçının oğlu Toğrul Abdullayevin APA-ya verdiyi məlumata görə, nasir dünən saat 22:30 radələrində dünyasını dəyişib: "İki gün əvvəl xəstəxanaya apardıq, israr elədi ki, evə qaytaraq. Sözünü yerə salmadıq, fikirləşdik ki, xəstəxanadakı şəraiti evdə də yarada bilərik. Son vaxtlar tamam zəifləmişdi. Ciddi xəstəliyi yox idi, ağrıları olmurdu, sadəcə yaş özünü göstərdi".

 

T. Abdullayev bildirib ki, Yazıçılar Birliyinə məlumat verilib, yazıçı ilə vida mərasimi keçiriləcəyi yer dəqiqləşdirilir. "Yazıçılar Birliyindən dedilər ki, bir saata xəbər edəcəklər. Cənazə ya Teatr Xadimləri İttifaqından, ya da Mahnı Teatrından götürüləcək".

 

Gülhüseyn Hüseynoğlu 1923-cü ilin oktyabrın 16-da Azərbaycanın Masallı rayonunun Mollaoba kəndində anadan ol

Sizin Reklam Yeriniz