Əlaqə Arxiv
news Image
2013.07.09
12:03
| A A A
Çində təbii fəlakət 33 can aldı
Daşqın nəticəsində 14 nəfər də itkin düşüb. Çinin mərkəzi əyalətlərində leysan yağışların səbəb olduğu daşqın həyatı iflic edib. Xüsusilə, Hubey əyalətinə ciddi ziyan dəyib. Əyalətdə sel suları əksər əraziləri basıb, nəqliyyatın hərəkəti iflic olub. Dəmiryol nəqliyyatının hərəkəti də dayanıb. Yüzlərlə yaşayış evi və iş yerinə ziyan dəyib.

Leysan yağış Siçuan, Anxoy, Yunnan, Şandun, Qansu əyalətlərinə, eləcə də Daxili Monqolustan və Tibet muxtar rayonlarında daşqınlara səbəb olub.

Son 6 gün ərzində davam edən daşqın bu müddət ərzində ümumilikdə 33 nəfərin ölümünə səbəb olub. 14 nəfər də itkin düşmüş hesab edilir.
Sizin Reklam Yeriniz