Əlaqə Arxiv
news Image
2013.07.09
12:19
| A A A
Bu gün Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır
XİN rəhbərliyi və nazirliyin əməkdaşları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər

Bu gün Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır. Mövqe.az-ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərliyi və nazirliyi əməkdaşları peşə bayramı münasibətilə Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyevin məzarı önünə əklil qoyub, ona ehtiramlarını bildiriblər.


Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 2007-ci il 24 avqust tarixli sərəncamı ilə 9 iyul tarixi Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Məhz 1919-cu il 9 iyul tarixində Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatı qəbul edib.

Sizin Reklam Yeriniz