news Image
2013.07.09
11:55
| A A A
Distant təhsilə keçid kadr problemi yaradacaq-Özəl
Elmina Kazımzadə: "Qiyabi təhsil sferasında çalışan müəllimlər tələbəni ildə iki dəfə görməyə alışıb"

"Azərbaycanda qiyabi təhsili distant təhsillə əvəzləməzdən öncə kadr problemi həll olunmalıdır. Fikirləşmək lazımdır ki, təhsil müəssisələrində qiyabi təlim metoduna alışan müəllimlər, distant təhsil sistemini tətbiq edə biləcəklərmi?". 

Bu sözləri Movqe.az-a açıqlamasında Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqram rəhbəri, Təhsuil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) sədri Elmina Kazımzadə söyləyib. E. Kazımzadə bildirib ki, Azərbaycandakı ali təhsil müəssisələrində  qiyabi təhsil sferasında çalışan müəllimlər tələbəni ildə iki dəfə görməyə alışıb: "Məlumdur ki, qiyabi təhsil sistemində müəllimlə tələbə arasında görüş iki dəfə baş tutur. Bir yay, bir də ki, qış sesiyasında. Amma distant təhsil sistemi tələb edir ki, müəllimlə tələbə arasında müstəqil virtual ünsiyyət yaransın. Qiyabi təhsil sistemini tətbiq edən müəllimlər, distant təhsildə  tələbə ilə bu cür ünsiyyətin qurulmasına nail olmalıdırlar. Ona görə də, qiyabi təhsil ləğv olunmazdan öncə, distant təhsilin tətbiqi üçün kadr hazırlığı aparılmalıdır". 

Qeyd edək ki, təhsilin əyani və qiyabi formaları ilə müqayisədə açıq distant çoxlu üstünlüklərə malikdir. Bu üstünlüklərə onun əlyetərliyi, ucuzluğu, çevikliyi və s. daxildir. Distant təhsil alınmasında əhalinin müxtəlif təbəqələrinə də bərabər imkanlar yaradılır.  İnkişaf etmiş ölkələrdə bir sıra xüsusiyyətləri ilə secilən distant təhsil geniş şəkildə istifadə olunur.  

Distant  təhsildə müxtəlif təhsil proqramları,  texnologiyalar  və tədris forması birləşir. Bu da onun səmərəliliyini artırır. Distant təhsil sistemi tədris prosesinin daha müasir və onlayn formasıdır. Dünyada ilk dəfə onlayn təhsil 1910-cu ildə İngiltərədə tətbiq edilib. Lakin həmin dövrdə təhsil onlayn deyil, video filmlərlə əks etdirilirdi. Bu gün dünyada tələbələrə distant təhsil təklif edən universitetlərin çoxu "açıq universitet" adı altında fəaliyyət göstərir. Distant təhsil zamanı keçirilən dərslər adi universitetlərdə tədris olunan dərs proqramından bir o qədər də  fərqlənmir.Yeganə fərq ondan ibarətdir ki, distant təhsil zamanı tələbə və müəllim arasındakı ünsiyyət üz-üzə deyil, virtual olaraq məsafədən həyata keçirilir. Yəni internet vasitəsilə. Azərbaycanda ilk dəfə distant təhsil 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində İxtisasartırma və yenidən hazırlama fakültəsində tətbiq olunub. 

2015-ci ildən isə Azərbaycanda ali təhsil müəssisələrində qiyabi təhsil üzrə qəbulun dayandırılması nəzərdə tutulur. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib. Komitə sədri qeyd edib ki, bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək və o vaxta kimi qiyabi təhsil tədricən distant (məsafədən təhsil) təhsillə əvəz olunacaq: "Çünki bütün dünyada belə qəbul olunub. Keçmiş SSRİ ölkələri istisna olmaqla, dünyanın heç yerində qiyabi təhsil yoxdur, yalnız distant təhsil var. Bizdə qiyabi şöbələrə qəbul olunan sonuncu şəxslər təhsillərini başa vurduqdan sonra - 2015-ci ildən etibarən bu prosesi tədricən həyata keçirmək olar".

Təhsil Nazirinin qiyabi təhsil alanların pedaqoji fəaliyyətinə qoyduğu qadağaya da münasibət bildirən Ş. Hacıyev deyib ki, bu birbaşa icra edici orqanın səlahiyyətində olan prosesdir, qanunvericiliyə heç bir aidiyyəti yoxdur.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs