Partlayış olub
Movqe.Az xəbər verir ki, Livanın paytaxtı Beyrutda, Hizbullah olduğu bölgədə partlayış meydana gəlib.
Livanın paytaxtı Beyrutun cənubunda partlayış meydana gəlib. Əl-Cəzirə Televiziyasının canlı yayımına görə partlayışın ardınca bölgədən duman yüksəlib. Partlayışın bomba yüklü avtomobillə edilən hücum nəticəsində baş verdiyi öyrənilib. İlk məlumatlara görə partlayışda ölü və yaralıların olduğu deyilib.