Əlaqə Arxiv
news Image
2013.07.09
17:21
| A A A
Elçin Quliyev Əfqanıstanın daxili işlər nazirini qəbul edib

Əfqanıstanın daxili işlər naziri, ordu generalı Qulam Mujtaba Patangın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyev tərəfindən qəbul edilib. Bu barədə Mövqe.az-a DSX mətbuat mərkəzindən məlumat verilib.

 

Görüşdə Azərbaycanın sərhəd təhlükəsizliyi sistemi, DSX-nin vəzifə və tapşırıqları, dövlət sərhədlərinin mühafizəsinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib. Qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Nümayəndə heyəti DSX Akademiyasının və "Sərhədçi" İdman Olimpiya Mərkəzinin fəaliyyəti ilə də tanış edilib.


Sizin Reklam Yeriniz