news Image
2013.07.10
13:15
| A A A
Paytaxtda daha bir qəsəbənin yenidən qurulmasına başlanıldı-Eksklüziv
Elçin Qədimov: "İlkin mərhələdə 200 ailə üçün 3 ədəd 5 mərtəbəli binanın tikilməsi nəzərdə tutulur”

Paytaxtda məcburi köçkünlər üçün 1999-cu ildə salınmış "Ümid"qəsəbəsinin yenidən qurulmasına başlanılıb. Bu barədə Movqe.az-a eksklüziv olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov məlumat verib. E. Qədimovun sözlərinə görə, qəsəbədəki evlər istismar müddətini başa vurduğundan bu qəsəbənin yenidən salınmasına başlanılıb: "Artıq tikinti işlərinə start verilib. Burada tikinti işləri iki mərhələdə aparılacaq. İlkin mərhələdə 200 ailə üçün 3 ədəd 5 mərtəbəli binanın tikilməsi nəzərdə tutulur".

Qeyd edək ki, Ümid qəsəbəsinin əsası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qaçqın və məcburi köçkünlər üçün 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulub. 2000-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunub. 2005-2008-ci illərdə Norveçin "Qaçqınlar Şurası" Beynəlxalq Humanitar Təşkilatının Qaradağ Rayon İcra Hakimiyyəti və Laçın rayonunun Mişni icması ilə birgə layihəsi əsasında Ümid qəsəbəsinin ərazisində adı çəkilən icmanın məcburi köçkünləri üçün 110 kotec tipli fərdi yaşayış evi inşa olunub. 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs