Əlaqə Arxiv
news Image
2013.07.10
17:55
| A A A
ADNA-nın tələbə yataqxanalarından böyük köç başlayacaq-Özəl
Elçin Qədimov: "ADNA-nın yataqxanalarında məskunlaşmış ailələr Masazırda 760 ailə üçün inşa edilən yeni binalara köçürüləcək"

Yaxın vaxtlarda Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) yataqxanalarında məskunlaşan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinə başlanılacaq. Movqe.az-a  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin  Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin rəhbəri Elçin Qədimovun verdiyi məlumata görə,  Binəqədi rayonu 9-cu mikrorayon, Həmzə Babayev küçəsindəki 9 mərtəbəli yaşayış binasında məskunlaşan məcburi köçkünlərin köçürülməsi prosesi başa çatdıqdan sonra ADNA-nın yataqxanalarında məskunlaşmış ailələr Masazırda 760 ailə üçün inşa edilən yeni binalara köçürüləcək: "Həmin ərazidə 13 ədəd 5 mərtəbəli binada demək olar ki, işlər başa çatıb. Binəqədidə köçürmə prosesi başa çatdıqdan sonra ADNA-nın yataqxanalarında məskunlaşmış ailələrin köçürülməsi prosesinə start veriləcək". 


Sizin Reklam Yeriniz