Əlaqə Arxiv
news Image
2013.07.11
14:16
| A A A
Möcüzə: 9-cu mərtəbədən yıxılan gənc sağ qaldı

 21 yaşlı gənc təxminən 24 metr hündürlükdən düşərək ağacın 2 iri budağı arasında ilişib.

Bakının Nizami rayonu ərazisində inanılmaz hadisə baş verib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bəhruz Nuriyev küçəsi, bina 16 a, mənzil 97 ünvanında yaşayan 1992-ci il təvəllüdlü Şirinov Tahir Abdulla oğlu həmin ünvanda 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən spirtli içkinin təsiri altında yıxılıb.


O, əvvəlcə hündürlüyü təxminən 24 metr, binadan məsafəsi 5 metr aralı olan ağacın üstünə düşüb, daha sonra isə ağacın budaqlarına sürtülərək 10 metr aşağı sürüşub və yerdən təxminən 13 metr hündürlükdə ağacın 2 iri budağı arasında ilişərək qalıb.


Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri köməksiz vəziyyətdə olan zərərçəkmişə yaxınlaşıb, onunla ünsiyyətdə olaraq ilkin tibbi yardıma ehtiyacını ödəyiblər. FHN əməkdaşları təhlükəsizlik jiletini zərərçəkmişə bağlayaraq yerə endiriblər və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verərək xilas olunmasını təmin ediblər.









































Sizin Reklam Yeriniz