Əlaqə Arxiv
news Image
2013.07.12
13:09
| A A A
Millət vəkili Qənirə Paşayevanın ailəsində ağır itki

Millət vəkili Qənirə Paşayevaya ağır itki üz verib. Deputatın əmisi Nikolay Paşayev qəflətən vəfat edib.

Mövqe.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, bu barədə Qənirə Paşayevanın  "Facebook" səhifəsində məlumat verilib.

"Əziz dostlar! Millət vəkili Qənirə Paşayevanın bu gün qəfildən dünyasını dəyişən, rəhmətə gedən əmisi ilə bağlı bütün başsağlığı göndərən dostlara təşəkkür edirik! Allah rəhmət etsin, əzizlərinə səbr versin! Qənirə xanımla telefonla əlaqə saxlaya bilməyən bəzi dostlar "Facebook" ismarış qutusuna narahat olduqlarını yazıblar. Qeyd edək ki, cənazə dəfn olunmaq üçün bir az əvvəl Tovuzdakı ailə qəbirstanlığına aparıldığından Qənirə xanım və ailənin digər üzvləri də Tovuza dəfn mərasiminə iştirak etməyə getdilər. Özü mütləq uyğun bir zamanda zəng və ismarışlarınıza cavab verəcək".

Sizin Reklam Yeriniz