news Image
2013.07.12
12:11
| A A A
Qaxda avtomobil yandı, ölən və xəsarət alan var

Trend-in Kanal S-ə istinadən xəbər verir ki, Qaxın Qorağan kəndi ərazisində ağır yol qəzası baş verib. Zərdab rayon sakini, 1978-ci il təvəllüdlü Hacızadə Kamal Teyyub oğlu idarə etdiyi 63 BD 610 dövlət nömrə nişanlı "Hyundai Elantra" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində avtomobil alışaraq yanıb.


Hadisə yerinə Qax rayonunun yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Avtomobildə olan sərnişin İsmayılov Rauf Kamal oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sürücü Hacızadə Kamal isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs