Əlaqə Arxiv
news Image
2013.07.12
14:57
| A A A
İmişlidə anasını qətlə yetirən şəxsə hökm oxunub

Lənkəran Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən 20 yaşlı Əhməd Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Mövqe.az-ın məlumatına görə, Ə. Əliyev məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, bu il yanvarın 12-də İmişli rayon Qaragüvəndikli kəndi ərazisində, kənd sakini Əhməd Əliyev qısqanclıq zəminində anası Məhbubə Əliyevanı bıçaqla qətlə yetirib. 

 

Əhməd Əliyevin atası bir neçə il əvvəl dünyasını dəyişib. Bundan sonra anası ilə birgə yaşayan oğlan bir müddət əvvəl Bakıya işləməyə gəlib. Lakin o, hər dəfə kəndə gələndə anası barədə xoşagəlməz söhbətlər eşidib.

 

Yanvarın 12-də kəndə gələn Ə. Əliyev 42 yaşlı anası ilə mübahisə etməyə başlayıb. Mübahisə zamanı qadının kənddə bir nəfərlə gizli münasibətdə olduğu üzə çıxıb. Əsəblərinə hakim ola bilməyən gənc anasını bıçaqlayaraq öldürüb.

 

Ə. Əliyev daha sonra polis şöbəsinə gələrək təslim olub.

 

Sizin Reklam Yeriniz