Əlaqə Arxiv
news Image
2013.07.12
18:51
| A A A
ABŞ, döyüş gəmilərini Misirə göndərdi

Movqe.Az xəbər verir ki, ABŞ Dəniz Qüvvələrinə bağlı, Orta şərqdə patrul vəzifəsi icra edən "San Antonio", "Kearsarge" və "Carter Hall" döyüş gəmilərinin Misir sahillərinə göndərildiyi açıqlanıb. ABŞ dəniz piyada birlikləri komandiri General Ceyms Amos, dəqiq ifadələr istifadə edərək, "Döyüş gəmilərinin Misir sahillərinə yerləşdirilməsi ölkədə ordunun iqtidara əl qoymasından sonra istənməyən mümkün inkişaflara tədbir görmək məqsədi daşıyır. ABŞ döyüş gəmiləri ehtiyac vəziyyətində çevik hərəkət birliklərimizə vertolyotlarla dəstək verəcək "şərhini edib. Rusiya nın ITAR-TASS agentliyinin xəbərinə görə ABŞ-ın bölgəyə göndərdiyi iki döyüş gəmisi "San Antonio" və "Kearsarge" Qırmızı Dəniz sularında olacaq. Üçüncü gəmi  "Carter Hall" isə Bahreyn sahillərindən Misirə köçürüləcək.

Sizin Reklam Yeriniz