Əlaqə Arxiv
news Image
2013.07.12
19:22
| A A A
Dağıstandan Azərbaycana taun təhdidi
Yolçu Xanvəli:"Dağıstandan Azərbaycana bu xəstəliyin keçmə ehtimalı azdır"

Azərbaycanın şimal qonşusu olan Dağıstanın bəzi bölgələrində taun xəstəliyinin əlamətləri aşkarlanıb. Müvafiq qurumlar tərəfindən xəstəliyin aşkar olunduğu ərazilərdə karantin tətbiq olunub. Lakin aydındır ki, bu, xəstəliyin daha geniş coğrafiyanı əhatə etməsinə tam təminat verilmir. Xəstəlik geniş yayılacağı təqdirdə, ölkəmiz üçün də müəyyən təhdid yaranır. Kənd  Təssərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti isə hələ ki, narahatçılıq üçün əsas görmür. DBX-nın Mətbuat Xidmətinin rəhbəri Yolçu Xanvəli deyir ki,  Dağıstandan Azərbaycana bu xəstəliyin keçmə ehtimalı azdır. Çünki, Dağıstandan Azərbaycana ət və ət məhsulları idxal edilmir: "Rusiyanın bu xəstəlik yayılan ərazilərindən Azərbaycana taununu yayılma ehtimalı yoxdur. Çünki, nəzarət tədbirləri aparılır. Bütün sərhəd keçid məntəqələrində bu xəstəliyin Azərbaycana yayılmaması üçün tədbirlər davam etdirilir".    

Sizin Reklam Yeriniz