Əlaqə Arxiv
news Image
2013.07.12
18:00
| A A A
Qaradağda ulu öndərlə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının Qaradağ rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Qaradağ rayonda ulu öndər Heydər Əliyevin 1969-cu ildə siyasi hakimiyyətə gəlişi ilə bağlı tədbir keçirilib. Movqe.az-ın məlumatına görə, tədbirdə giriş sözü ilə çıxış edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ümummilli lider Heydər Əliyevin fəaliyyətinin xalqımızın, dövlətimizin mənafeyinə xidmət etdirdiyini vurğuladı. Qeyd edib ki, Azərbaycan dövlətçiliyi ideyasının yaşaması və sonradan yenidən reallaşdırılması birbaşa olaraq, 1969-cu ildə respublikada ilk dəfə hakimiyyətə gələn Heydər Əliyevin adı ilə bağlıdır. Aydın Hüseynov dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atdiğını da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, 1969-cu ilədək Azərbaycan SSRİ-nin tərkibində yalnız xammal mənbəyi kimi çıxış edir, bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış ölkəyə çevrilmişdi. "Ölkəmizin inkişafı üçün əhəmiyyətli resurs və potensial mövcud olsa da, onlardan səmərəli surətdə istifadə edilməməsi tənəzzül meyillərinin əsasında dayanan başlıca faktor idi. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin sovet dövrü tarixində dönüş nöqtəsi oldu. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerlərə yüksəldi. Heydər Əliyevin xüsusi diqqət və qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSRİ-nin Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsi daxil edildi. Eyni zamanda "Müasir Azərbaycan dili" və "Azərbaycan dili" dərslikləri hazırlandı. Bütün bunların fonunda ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək, SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Müstəqillik illərində Heydər Əliyev xalqla birgə addımlayaraq, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın siyasi sisteminin formalaşmasına impuls verən YAP Heydər Əliyevin timsalında yeni sivil siyasi mübarizə metodlarını, kütləvi siyasi mədəniyyəti, siyasi şüuru, davranışı, milli xarakteri və formalaşdıra bildi". 

Aydın Hüseynov bu gün Prezident İlham Əliyev tərəfindən Heydər Əliyevin siyasi kursunun ən layiqli formada uğurla davam etdirildiyini vurğulayıb. YAP Siyasi Şurasının üzvü bu gün Azərbaycan dünya miqyasında öz mövqeyi və iradəsi ilə çıxış etdiyini bunun da kökündə ulu öndər Heydər Əliyev strategiyası və Prezident İlham Əliyevin praqmatik siyasəti dayandığını qeyd edib. Aydın Hüseynov bildirib ki, qarşıdan gələn prezident seçkilərində xalqımız bu uğurlu siyasətin davamı olaraq cənab Prezident Ilham Əliyevə növbəti dəfə dəstək olacaq.
Rayon ictimaiyətinin nümayəndəsi, "BossŞelf" şirkətinin əməkdaşı İmran Şıxəliyev də çıxışında Heydər Əliyevin həmişə xalqımıza böyük sevgi ilə yanaşdığını tədbir iştitakçılarının diqqətinə çatdırıb. 
YAP Qaradağ rayon təşkilatının sədr müavini, Qaradağ rayon 7 saylı Bakı Peşə Liseyinin direktoru Hicrət Qaradağlı da çıxışında ümummilli liderin Azərbaycançılıq ideologiyasının əsasları, onun xalqımızın və dövlətimizin bu günü, gələcəyi naminə misilsiz xidmətlərindən bəhs edib. 

Sizin Reklam Yeriniz