Əlaqə Arxiv
news Image
2013.07.13
15:47
| A A A
ŞOK: Ana 2 yaşlı oğlunu öldürdü, 5 yaşlı oğlu ilə intihar etdi (FOTO)
Britaniya şokdadır. 24 yaşlı ana Dartmur bölgəsindəki Haytur qayasanın zirvəsinə çıxaraq 5 yaşlı oğlunu qucağına götürüb, sonra da oradan atılıb. Bundan əvvəl isə o, 2 yaşlı oğlunu evdə qətlə yetirmişdi. Qətl və intiharın səbəbi isə 24 yaşlı qadının 52 yaşlı məşuqundan küsməsi, həmin kişi ilə mübarizə aparması idi.

Milli.Az Mail Online-a istinadən bildirir ki, 24 yaşlı Ketrin Huper və 5 yaşlı oğlu Coşua Navinin cəsədləri 43 metr hündürlüyü olan qayanın dibində tapılıb.

Hadisədən dərhal sonra polis qadının Peynqton şəhərindəki evinə yollanıb.

Burada asayiş keşikçiləri faciə ilə qarşılaşıblar. Belə ki, Ketrin Huper 5 yaşlı oğlu ilə özünü atacağı qayaya yollanmazdan əvvəl 2 yaşlı oğlu Semüili boğaraq öldürmüşdü.

Qonşuların dediklərinə görə, dəhşətli olayın səbəbi qadınla onun 52 yaşlı məşuqu Neyl Patterson arasındakı münasibətlərin kəskinləşməsi idi.

Devon və Kornuoll qraflıqlarının polisi Dartmur Milli Parkındakı qayadan atılaraq intihar edən qadınla bağlı istintaqa başlayıb.
Sizin Reklam Yeriniz