Əlaqə Arxiv
news Image
2013.07.15
11:26
| A A A
Ağdam, Füzuli və Goranboy istiqamətində atəşkəs pozulub

Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

Sizin Reklam Yeriniz