Əlaqə Arxiv
news Image
2013.07.15
12:01
| A A A
Azərbaycanda yayılan virusun genotipinin Rusiyada olduğu üzə çıxıb-Özəl
Afaq Əliyeva: "Hazırda Azərbaycanda qızılcaya yoluxma hallarında səngimə müşahidə olunsa da, unutmaq lazım deyil ki, qonşu ölkələrdə bu virus hələ də fəaldır”

Azərbaycanda yayılan qızılca virusu Rusiya mənşəlidir. Bu barədə Movqe.az-a eksklüziv açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib. Onun sözlərinə görə, ölkəmizdə yayılan qızılca virusunun genotipinin Rusiyada yayılan virusa aid olduğu üzə çıxıb. A. Əliyeva hazırda Azərbaycanda qızılcaya yoluxma ilə bağlı səngimə müşahidə olunduğunu söyləyib: "Qızılcaya yoluxma hallarına əsasən aprel ayında rast gəlinirdi. May-iyun aylarından bu xəstəliyə yoluxmada azalma müşahidə olunur. Amma bu o demək deyil ki, təhlükə tam sovuşub. Əhali yenə də bu virusa qarşı diqqətli olmalı, qızılca və məxmərəyə qarşı vaksin edilməyənlər polikilinikalara müraciət etməlidirlər. Çünki bu virusa əsasən qızılcaya qarşı peyvənd olunmayanlar yoluxur. Hazırda Azərbaycanda qızılcaya yoluxma hallarında səngimə müşahidə olunsa da, unutmaq lazım deyil ki, qonşu ölkələrdə bu virus hələ də fəaldır". 

 

Sizin Reklam Yeriniz