Əlaqə Arxiv
news Image
2013.07.15
14:01
| A A A
Murdar olmuş atların əti satışa çıxarılıb?-Özəl
Yolçu Xanvəli: "Ağdaş rayonunda qanunsuz fəaliyyət göstərən "heyvan kəsim sexi”ində aşkarlanan skeletin murdar olmuş, yaxud da, iylənmiş ata məxsus olması ilə bağlı şübhələr var"

"Ağdaş rayonunda qanunsuz fəaliyyət göstərən "heyvan kəsim sexi"ində aşkarlanan skeletin murdar olmuş, yaxud da, iylənmiş ata məxsus olması ilə bağlı şübhələr var".

Bu sözləri Movqe.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli söyləyib. Onun sözlərinə görə, bu şübhənin aradan qalxması üçün mütləq həmin atın ətindən nümunə götürülüb müayinəyə cəlb olunmalı idi: "Amma təəssüf ki, hadisə yerindən yalnız atın skleti aşkarlanıb. Və sinənin siqmental hissənin skeletindən götürülən nümunə, Respublika Baytarlıq Laboratoriyasına skletin hansı heyvana məxsus olmasını aydınlaşdırmaq məqsədi ilə göndərilib. Labarator müayinə heyvanın at olduğunu təsdiqlədi. Amma həmin atın ətinin qida üçün yararlı olub-olmadığı şünhə altında qaldı. Çünki, hadisə yerində ət aşkarlanmamışdı. Ətin qida üçün yararlı olub-olmadığını isə qandan götürülən müayinə ilə müəyyənləşdirmək mümkündür. Ola bilər ki, həmin atda hansısa infeksion xəstəlik olub. Yaxudda ət murdar olnmuş atın iylənmiş leşi olub. Hələki bu suallar açıq qalır. Çünki, həmin atın əti artıq hansısa iaşə obyektlərində istifadə olunub. Bunu müəyyənləşdirmək mümkün deyil. Yerdə qalan məsələlər hüquq mühafizə orqanlarının işidir".

Qeyd edək ki, iyulun 9-da reyd zamanı Ağdaş rayonunun Dəhnəxəlilli kənd sakini Zeynal Zeynalova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz fəaliyyət göstərən "heyvan kəsim sexi"ində atın skleti aşkarlanıb. Götürülən sinənin siqmental hissənin skeletinin hansı heyvana məxsus olmasını aydınlaşdırmaq məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Komissiyanın iştirakı ilə həmin skeletə orqonoleptik baxış keçirilmış və anatomik quruluşuna görə skeletin ata məxsus olduğu müəyyənləşdirilib. Qabırğaların nazik, kənarlarının küt qövsvarı, uc hissəsinin sivri şəkildə olması nümunənin ata məxsusluğunun göstəricisidir. Ərazi nəzarətdə saxlanılır. Faktla bağlı hüquq mühafizə orqanlarına və digər müvafiq qurumlara müraciət edilməsi nəzərdə tutulur.



Sizin Reklam Yeriniz